DSX zabitinə hücum edən idmançı barədə qərar verildi


Digərləri 30 Nis 2025 17:05:00 74 0

DSX zabitinə hücum edən idmançı barədə qərar verildi

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançı Elnur Həmidov barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu haberi de oku: Sabahın tibbimeteoroloji

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə qərar Xətai rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun həbs müddəti iyunun 5-ə dək uzadılıb.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.

Məlumata görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar.