“İmamoğlu işi” ilə bağlı 18 nəfər həbs edildi


Digərləri 30 Nis 2025 17:29:00 78 0

“İmamoğlu işi” ilə bağlı 18 nəfər həbs edildi

Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində aparılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib.

Son.az xəbər verir ki, əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb. 

Onlardan 18-i həbs edilib. 

Bundan əvvəl isə aprelin 26-da İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanılmışdı. Bundan sonra isə, hüquq-mühafizə orqanları daha 5 nəfəri həbs etmişdi.

Xatırladaq ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı mart ayında həbs edilmişdi.