Maşınınızda bu aksesuarlar varsa, çıxarın CƏRİMƏSİ VAR


Digərləri 30 Nis 2025 15:33:43 77 0

Maşınınızda bu aksesuarlar varsa, çıxarın  CƏRİMƏSİ VAR

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.

Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların qanunsuz istifadəsinə görə hansı cərimə və ya məhdudiyyətlər nəzərdə tutulur?

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, "Yol hərəkəti haqqında" Qanunun 74-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat vasitəsinin xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə təchiz olunması qadağandır:

"Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur".