Telefonundakı proqrama görə polislər evinə basqın etdi


Digərləri 30 Nis 2025 13:15:00 79 0

Telefonundakı proqrama görə polislər evinə basqın etdi

Türkiyədə 42 şəhərdə FETÖ-yə qarşı əməliyyat - 169 nəfər saxlanıldı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 42 vilayətdə eyni anda keçirilən FETÖ-yə qarşı əməliyyatlarda 169 şübhəli saxlanılıb.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, əməliyyatlar prokurorluq, Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat idarələrinin koordinasiyası ilə həyata keçirilib.

Şübhəlilər FETÖ-nün "güncəl, maliyyə, tələbə, hərbi və polis gizli strukturları"nda fəaliyyət göstərmək, sosial şəbəkələrdə təşkilatın təbliğatını aparmaq, ankesörlü telefonlar vasitəsilə əlaqə saxlamaq, imtahan saxtakarlıqlarında adları keçmək və "ByLock" proqramından istifadə etmək kimi ittihamlarla axtarılırdı.

Əməliyyatlar zamanı xeyli sayda sənəd, material, qanunsuz silahlar, xarici valyuta və Türk lirəsi ələ keçirilib.

Dolabın arxasında gizlənən şəxs yaxalandı

Nazirliyin yaydığı görüntülərdə şübhəlilərdən birinin evdəki dolabın arxasındakı gizli bölmədə gizlənərək polisdən yayınmağa çalışdığı, lakin polislər tərəfindən yaxalandığı əks olunub.

Kənan Son.az