Saatlıq iş rejiminə keçid kimlərin maaşını artıracaq?


Digərləri 30 Nis 2025 12:57:00 80 0

Saatlıq iş rejiminə keçid kimlərin maaşını artıracaq?

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.

Son.az xəbər verir ki, sözügedən məsələni özündə əks etdirən layihə artıq aidiyəti qurumlara təhvil verilib.

Məsələ ilə bağlı danışan "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, indiyə qədər ölkəmizdə əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmur. Məcəlləyə əsasən, əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilir və minimum məbləğ bu ildən 400 manat olub.

Sahib Məmmədov bildirib ki, saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyərək saathesabı alması üçün sərf edən bir variantdır. Həmçinin işəgötürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana biləcək.

Hazırda saatlıq əməkhaqqı yanaşması xüsusilə qərb ölkələrində çoxdan tətbiq edilir.