Tbilisidə ticarət mərkəzində güclü YANĞIN


Digərləri 30 Nis 2025 10:05:00 83 0

Tbilisidə ticarət mərkəzində güclü YANĞIN

Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiyasına yaxın ərazidə yerləşən geyim bazarında güclü yanğın qeydə alınıb.

Son.az xəbər verir ki, hadisə barədə məlumatı "Sputnik Gürcüstan" yayıb.

Bildirilir ki, alov sürətlə yayılıb və hadisə yerinə dərhal yanğınsöndürən briqadalar cəlb olunub. Hazırda yanğının qarşısının alınması və alovun digər obyektlərə keçməsinin qarşısının alınması istiqamətində işlər görülür.

İlkin məlumatlara əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti insidentlə bağlı məlumatı təsdiqləyib.

Kənan Son.az