Azərbaycanda bu addımı atanların cəzaları SƏRTLƏŞDİRİLDİ


Digərləri 30 Nis 2025 11:23:00 86 0

Azərbaycanda bu addımı atanların cəzaları SƏRTLƏŞDİRİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib.

Dövlət Xidmətindən Son.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar" fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.

Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə (ilkin hərbi qeydiyyata alınmalı olan, yaşayış yeri üzrə qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan vətəndaşlar, anket məlumatlarının dəyişdirilməsi, barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü haqqında və s.), çağırışçılar və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə görə vəzifəli və hüquqi şəxslər barədə tətbiq ediləcək inzibati tənbeh tədbirləri sərtləşdirilib.

Həmçinin, ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıran, ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra-Xidmət) aidiyyəti yerli qurumuna müraciət etməyən vətəndaşlar, habelə yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmayan və olduğu yer üzrə hərbi qeydiyyata durmayan, yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Xidmətin aidiyyəti yerli qurumuna məlumat verməyən çağırışçılar və hərbi vəzifəlilər haqqında inzibati tənbeh növündə tətbiq ediləcək sanksiyalar sərtləşdirilib.