Azərbaycanlı tələbədən rüşvət alanlar həbs olundu
Digərləri 30 Nis 2025 10:49:41 85 0
Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetində iki müəllim rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Hadisə ilə bağlı 10 müxtəlif ölkədən olan 20-yə yaxın tələbə İstintaq Komitəsinə dindirməyə çağırılıb.
Bu haberi de oku: Adnan Oktar illər sonra üzə çıxdı FOTO
Son.az xəbər verir ki, "BAZA" portalının məlumatına görə, ilk olaraq 29 yaşlı Türkmənistan vətəndaşı Azizbek Madaminov saxlanılıb.
O, tələbələrdən faktiki imtahan vermədən qiymət almaq üçün pul toplamaqla rüşvət vasitəçiliyində şübhəli bilinir.
17 aprel tarixində isə eyni ittihamla Səudiyyə Ərəbistanı vətəndaşı, 24 yaşlı bir tələbə də həbs olunub. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
21 aprel tarixində hüquq-mühafizə orqanları universitetin iki müəllimini saxlayıb: anatomiya kafedrasının 49 yaşlı dosenti İvan Dimov və farmakologiya kafedrasının 40 yaşlı dosenti Nikanor Lavrov. Onlar barəsində rüşvət alma maddəsi ilə cinayət işi açılıb.
Bir həftə sonra bu iş üzrə 18 tələbə istintaqa çağırılıb. Onların arasında 6 Rusiya vətəndaşı, həmçinin İran, İordaniya, Azərbaycan, Qana, Türkmənistan, İsrail, Gürcüstan və Özbəkistan vətəndaşları da var. Hazırda tələbələrin istintaqda şahid qismində dindirildiyi bildirilir.
Kənan Son.az