Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz
Digərləri 29 Nis 2025 07:34:00 68 0
Ərdoğan zəlzələdən danışıb: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyini açıqlayıb.
Bu haberi de oku: 14 gün şəkər yeməsəz, bədəninizdə nə baş verir?
Son.az xəbər verir ki, onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb:
"Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur. Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik. 13 saniyə davam edən zəlzələ nəticəsində 236, o cümlədən İstanbulda 173 vətəndaşımız əsasən panika səbəbindən yüngül xəsarətlər alıb, 1903 binaya kiçik ziyan dəyib. İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz".