İstanbul yenidən silkələndi


Digərləri 25 Nis 2025 21:56:00 82 0

İstanbul yenidən silkələndi

İstanbulda növbəti zəlzələ hiss olunub.

Son.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Məlumata görə, 4,3 maqnitudalı zəlzələ İstanbul və ətraf ərazilərdə hiss edilib. Təbii hadisə yerli vaxtla saat 20:33-də İstanbulun Böyükçekmece rayonunda qeydə alınıb. Zəlzələ ocağı 7,1 kilometr dərinlikdə yerləşib.