NyuYorkda helikopter qəzası "Siemens"in rəhbəri ailəsi ilə həlak oldu


Dünya 11 Nis 2025 06:21:00 123 0

NyuYorkda helikopter qəzası  "Siemens"in rəhbəri ailəsi ilə həlak oldu

Almaniyanın "Siemens" konserninin İspaniya üzrə filialının rəhbəri Auqustin Eskobar Nyu-Yorkda Hadson çayına düşən helikopter qəzası nəticəsində həyatını itirib.

Son.az xəbər verir ki, hadisə zamanı onun həyat yoldaşı və üç övladı da həlak olub.

Nyu-York meri Erik Adams helikopter qəzasında ümumilikdə altı nəfərin həyatını itirdiyini təsdiqləyib.

Qeyd edək ki, Nyu-Yorkda helikopter Hadson çayına düşüb, hadisə nəticəsində 6 nəfər həlak olub. /APA Son.az