BakıQazax yolunda hərəkət istiqaməti dəyişdi XƏBƏRDARLIQ


Digərləri 09 Kas 2025 21:45:00 74 0

BakıQazax yolunda hərəkət istiqaməti dəyişdi  XƏBƏRDARLIQ

Bakı-Qazax avtomobil yolunun müəyyən hissəsində aparılan təmir işləri səbəbindən nəqliyyatın hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində davam edən təmir işləri çərçivəsində hərəkət mərhələli şəkildə təşkil olunur. Tikinti aparılan ərazidə avtomobillərin hərəkəti əks istiqamət üzrə ikitərəfli olaraq təmin edilib.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, müvəqqəti yol nişanlarına riayət etmələrini və yol hərəkəti qaydalarına diqqətlə əməl etmələrini xahiş edib. Təmir işləri başa çatanadək bu müvəqqəti dəyişiklik qüvvədə qalacaq.