Ata nə qədər optimist olsa, erkən doğuş riski o qədər azalırmış


Digərləri 09 Kas 2025 21:28:00 70 0

Ata nə qədər optimist olsa, erkən doğuş riski o qədər azalırmış

Ata nə qədər optimist olsa, erkən doğuş riskini azaldır.

Son.az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri 217 cütlük üzərində müşahidə apararaq bu qənaətə gəliblər.

Tədqiqat "Biopsychosocial Science and Medicine" (BSM) jurnalında dərc olunub.

Araşdırmalara görə atalar emosional dəstək verəndə və stresə dözümlü olduqda, analarda iltihab səviyyəsi azalır və uşaq vaxtından əvvəl dünyaya gəlmə ehtimalı aşağı düşür.

Eksperiment zamanı hamilə qadınlarda C-reaktiv zülalın səviyyəsi ölçülüb. Hansı ki, bu, iltihab göstəricisi olub və erkən doğuş riskinə işarə edir. Həm ata, həm də ana psixoloji sorğuları dolduraraq optimizm, özünəinam və sosial dəstək qabiliyyətini qiymətləndiriblər.