Azərbaycanda ailə faciəsi Nənə ilə nəvənin hamamdan meyiti tapıldı


Digərləri 09 Kas 2025 19:50:00 69 0

Azərbaycanda ailə faciəsi  Nənə ilə nəvənin hamamdan meyiti tapıldı

Bərdədə nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.

Son.az xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində baş verib. Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər.

Hər iki şəxsin meyiti Bərdə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morquna aparılıb. Tibbi müayinədən sonra meyitlər aidiyyatı üzrə təhvil verilib./Report