Alimlər ağciyər xərçənginin inkişaf səbəbini tapdı


Digərləri 09 Kas 2025 20:30:00 84 0

Alimlər ağciyər xərçənginin inkişaf səbəbini tapdı

Ağciyər xərçəngi iltihab nəticəsində inkişaf edə bilər.

Son.az xəbər verir ki, Texas Universitetinin tədqiqatçıları bu qənətə gəliblər. Belə ki, ağciyər toxumalarında baş verən iltihab görünən şiş yaranmadan əvvəl xərçəngin inkişafını sürətləndirə bilər.

Nəticələr "Cancer Cell" jurnalında dərc olunub.

Araşdırma 44 nəfərin ağciyər toxuması nümunələrində aparılıb. Ümumilikdə alimlər yarım milyondan çox toxuma hissəsini və beş milyondan çox hüceyrəni analiz ediblər.

Tədqiqatçılar normal hüceyrələrin necə bədxassəliyə çevrildiyini öyrənmək üçün "məkan transkriptomik xəritələr" yaradıblar. Bu xəritələr müxtəlif toxuma hissələrində hansı genlərin aktiv olduğunu göstərir və şiş yaranmadan əvvəlki erkən dəyişiklikləri izləməyə imkan verir.

Məlum olub ki, prekankroz mərhələsində ağciyərlərdə xroniki iltihab zonaları yaranır. Bu sahələrdə alveolaları örtən hüceyrələr anormal davranış göstərməyə başlayır və tədricən şiş hüceyrələrinə çevrilir.

Tədqiqat müəllifləri hesab edirlər ki, məhz iltihab ağciyər xərçənginin inkişafına ilkin təkan verə bilər. Onların fikrincə, iltihabın yatırılması xəstəliyin qarşısını almaq və erkən aşkarlanmasını təmin etmək üçün yeni üsul ola bilər.

İsmayıl Son.az