Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz


Digərləri 09 Kas 2025 21:00:00 79 0

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

Gecə yuxuya getməkdə çətinlik çəkirsinizsə, bəlkə də səbəbi mətbəxdə tapmaq olar.

Son.az xəbər verir ki, "The Journal of the National Sleep Foundation" jurnalında dərc edilən araşdırmaya əsasən, hər gün meyvə, tərəvəz və tam taxıl məhsulları yeyən insanların yuxu keyfiyyəti növbəti gecə 16 faiz yaxşılaşır. Bu dəyişiklik sadəcə bir günlük qidalanmadan sonra belə hiss olunur.

Tədqiqatçılar bildirirlər ki, meyvə və tərəvəzlər bədəni vitamin, mineral və antioksidantlarla təmin edir, sinir sistemini sakitləşdirir və orqanizmin balansını qoruyur. Gündə beş porsiya meyvə-tərəvəz qəbulu yuxunun daha dərin və fasiləsiz olmasına şərait yaradır.

Həkimlərin fikrincə maqnezium və kalium kimi minerallar da rahat yuxu üçün vacibdir. Maqnezium əzələləri boşaldır, kalium isə bədəndə maye balansını tənzimləyir. İspanaq, banan, avokado, yulaf və badam bu minerallarla zəngin qidalardandır.


Habere ait fotoğraflar