Sirkə və sodadan 10 dəfə təsirli üsul: Tərəvəzdəki pestisidləri dərhal yox edir
Digərləri 08 Kas 2025 08:08:00 67 0
Tərəvəzlərin üzərində qalan kimyəvi dərman qalıqlarından (pestisidlərdən) təbii yollarla qurtulmağın yeni və daha təsirli üsulu tapılıb.
Bu haberi de oku: Evdəki xoşagəlməz qoxulardan qurtulmağın ÜSULLARI
Son.az xəbər verir ki, dəniz duzu, limon suyu, yaşıl çay və keşniş kimi təbii maddələrlə hazırlanan qarışıqlar, sirkə və karbonatdan 10 dəfə daha təsirli şəkildə pestisidləri təmizləyir və tərəvəzin təravətini qoruyur.
Son tədqiqatlar göstərir ki, təkcə su ilə yuma kifayət etmir. Amma bəzi təbii qarışıqlar, tərəvəzlərin üzərindəki kimyəvi qalıqları böyük ölçüdə azalda bilir. Bu isə sağlam qidalanmada çox önəmli addımdır.
Dəniz duzu və limon suyu qarışığı
Dəniz duzu tərəvəzin səthindəki kimyəvi qalıqları yumşaldır, limon suyu isə turşu tərkibi ilə pestisidləri parçalayır.
1 litr suya 1 xörək qaşığı dəniz duzu
Yarım limonun suyu əlavə edin
Tərəvəzləri bu qarışımda 10 dəqiqə saxlayın
Sonra bol su ilə yuyun
Yaşıl çay ilə təbii təmizləmə
Yaşıl çay güclü antioksidantları ilə pestisidləri təsirsizləşdirir və tərəvəzin qida dəyərini qoruyur.
1 litr isti suya 2 ədəd yaşıl çay paketini əlavə edin
Soyumasını gözləyin
