Elmdə inqilab Möcüzəvi başlıq ixtira olundu


Digərləri 08 Kas 2025 08:24:00 83 0

Elmdə inqilab  Möcüzəvi başlıq ixtira olundu

Elm adamları yeni doğulan körpələrdə beyin zədəsini erkən müəyyənləşdirə bilən xüsusi bir başlıq hazırlayıblar. Beyni izləmək üçün işıq və ultrasəsdən istifadə edən bu yeni cihazın dünyada ilk dəfə tətbiq olunduğu bildirilir.

Son.az xəbər verir ki, Böyük Britaniyanın Kembridj Universitetinin mütəxəssislərinin hazırladığı FUSION adlı başlıq ultrasəs və optik tomoqrafiya texnologiyalarını birləşdirərək körpələrin beynindəki oksigen səviyyəsini dəqiq ölçməyə imkan verir. Bu texnologiya doğuş zamanı beynin oksigensiz qalması nəticəsində yaranan və həyatı boyu əlilliyə səbəb ola bilən beyin zədələrinin erkən aşkarlanmasını hədəfləyir.

Yeni cihaz ənənəvi MRT və kranial ultrasəs müayinələrinə nisbətən daha sərfəli, daha rahat və daha tez-tez istifadə oluna bilər.

Başlıq ilk olaraq üç həftəlik Theo adlı körpə üzərində sınaqdan keçirilib. Cihaz üzgüçü papağını xatırladır və körpənin başına rahat şəkildə yerləşdirilir. Bu vasitə ilə beynin həm səthi, həm də daha dərin hissələrindəki qan dövranı və oksigen səviyyəsi yüksək dəqiqliklə izlənə bilir.

Doğuş zamanı beyinə oksigen çatışmazlığı (hipoksiya) epilepsiya, serebral iflic və digər daimi nevroloji problemlərə səbəb ola bilir. Mövcud müayinə üsulları beyin zədəsinin gələcək təsirlərini hər zaman dəqiq göstərmədiyi üçün erkən diaqnostika böyük əhəmiyyət daşıyır.