"WhatsApp"da nömrəsiz əlaqə dövrü başlayır


Digərləri 08 Kas 2025 09:40:00 96 0

"WhatsApp"da nömrəsiz əlaqə dövrü başlayır

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Vatsap yeni funksiyasını təqdim edib.

Son.az xəbər verir ki, artıq istifadəçilər bir-birini ləqəb (nik) vasitəsilə tapa biləcəklər. Beləcə, şəxsi telefon nömrəsini paylaşmadan zəng etmək və yazışmaq mümkün olacaq.

Bu yeniliyin əsas məqsədi - məxfilik səviyyəsini artırmaq və əlaqə qurma prosesini sadələşdirməkdir.