Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi FOTO
Digərləri 09 Kas 2025 13:26:00 85 0
"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib.
Bu haberi de oku: Bədəniniz yuxuda nə deyir? Stressi bu pozalar göstərir
Son.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bankın süni intellektlə hazırlanmış paylaşımında Azərbaycan bayrağı düzgün təsvir olunmayıb.
Belə ki, dövlət bayrağının üzərində əks olunmuş ulduzun güşələrinin sayı azaldılaraq 7-yə endirilib, bu isə anlaşılmaz görüntü ortaya çıxarıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur.
