“ChatGPT”yə qarşı şok iddialar: ailələr “OpenAI”ni məhkəməyə verdi
Digərləri 09 Kas 2025 15:49:00 60 0
Kanada və ABŞ-da yaşayan bir neçə ailə süni intellektlə bağlı rezonans doğuran addım atıb. Onlar "ChatGPT" platformasından sonra yaxınlarını itirdiklərini və ya ağır psixoloji travmalar yaşadıqlarını əsas gətirərək, bu sistemin yaradıcı şirkəti "OpenAI"-ni məhkəməyə veriblər.
Bu haberi de oku: Gəncədə iki avtomobil toqquşdu xəsarət alanlar var FOTO
Son.az xəbər verir ki, hazırda məhkəməyə təqdim olunan yeddi iddiadan dördü intihar hadisələri, üçü isə psixoloji zərbə hallarına aiddir. İddiaçılar bildiriblər ki, "ChatGPT" bəzi hallarda istifadəçiləri mənfi düşüncələrə yönləndirib və bu, faciəvi nəticələrə səbəb olub.
Ailələr həm maddi təzminat, həm də süni intellekt sisteminin təhlükəsizliyinin artırılması üçün konkret dəyişikliklər tələb edirlər. Tələblər arasında intihar və ya özünə zərər mövzuları müzakirə olunarkən söhbətin avtomatik şəkildə dayandırılması da yer alır.
Kənan Son.az
