Bakıda qülləyə çıxan 18 yaşlı gənc belə xilas edildi
Digərləri 09 Kas 2025 11:58:00 97 0
Səhər saatlarında bir nəfər vətəndaş paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən metal qüllənin üzərinə çıxıb.
Bu haberi de oku: Tava niyə yapışır? Şeflərin illərdir istifadə etdiyi sadə üsul açıqlandı
Son.az xəbər verir ki, bu haqda vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qülləyə çıxan 2007-ci il təvəllüdlü B.T adlı şəxs olub.
Xilasedicilər onunla ünsiyyət qurub və davamlı psixoloji söhbət aparılmaqla zəruri təhlükəsizlik tədbirləri görülüb.
Nəticədə gənc oğlan xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
