Süni intellekt insanı əvəz edə bilmədi Şirkətlər işçiləri geri çağırır


Digərləri 08 Kas 2025 14:00:00 112 0

Süni intellekt insanı əvəz edə bilmədi  Şirkətlər işçiləri geri çağırır

Şirkətlər süni intellekt gözləntiləri doğrulmadığı üçün keçmiş işçilərini geri çağırır.

Son.az xəbər verir ki, yeni məlumatlar göstərir ki, bir çox beynəlxalq şirkət süni intellekt texnologiyalarına böyük investisiyalar etsə də, gözlənilən nəticəni ala bilmədiyi üçün əvvəl işdən çıxardığı işçiləri yenidən işə götürür.

İş yeri analitikası şirkəti Visier-in məlumatına görə, işdən çıxarılan əməkdaşların təxminən 5,3%-i sonradan əvvəlki işəgötürənlərinə qayıdıb. Bu rəqəm son aylarda artma tendensiyası göstərir.

Visier-in direktoru Andrea Derler bildirib ki, şirkətlər süni intellektin real imkanları ilə bağlı praktik reallıqla üzləşir. Onun sözlərinə görə, süni intellekt alətləri bəzi tapşırıqları avtomatlaşdırsalar da, tam şəkildə insan əməyini əvəz edə bilmir.