Yunus Oğuzdan Zəfər və Bayraq günü təbriki
Digərləri 08 Kas 2025 11:07:00 104 0
Yazıçı-publisist Yunus Oğuz 8 noyabr Zəfər günü və 9 noyabr Bayraq günü münasibətilə öz feysbuk hesabında paylaşım edib.
Bu haberi de oku: Bakıda dönərxanada yanğın oldu ANBAAN VİDEO
Paylaşımda deyilir: "Bu gün tarixi 44 günlük Vətən müharibəsində qələbəmizin 5 ili tamam olur. Bu Zəfər nəinki Azərbaycanın, həm də regionun geosiyasətini dəyişdi. Bu tarixi Zəfər Nadir şahdan sonra ilk BÖYÜK qələbəmizdir.
Düzdür, kiçik məhəlli qələbələrimiz olub,amma bu qələbələr özümüzün özümüzlə vuruşmasından meydana gəlib. Üçrəngli bayrağımız uğrunda bu ilk qələbəmizdr. Zəfər və Bayraq günümüz mübarək! Qələbəmiz daim yaşasın! Bayrağımız müstəqil Azərbaycan üzərində daim dalğalansın!".
