Müsəlman namizədin qələbəsindən sonra, Trampdan tarixi etiraf
Digərləri 06 Kas 2025 01:05:00 64 0
ABŞ Prezidenti Donald Tramp Nyu-York bələdiyyə sədri seçkilərində qalib gələn Demokrat namizəd Zohran Mamdani ilə bağlı açıqlama verib.
Bu haberi de oku: Tbilisidə azərbaycanlı gənclər döyüldü qadın saxlanıldı
Son.az xəbər verir ki, Tramp çıxışında diqqətçəkən ifadə işlədib: "Dünən gecə Nyu-Yorkda suverenliyimizin bir hissəsini itirdik, amma bununla məşğul olacağıq, narahat olmayın."
Rəsmi olmayan nəticələrə görə, 34 yaşlı, Uqandada doğulmuş Zohran Mamdani, seçkilərdə qələbə qazanaraq tarix yazıb. O, Nyu-Yorkun son 100 ildə ən gənc bələdiyyə sədri və şəhərin tarixində bu vəzifəyə gələn ilk müsəlman olub.
Seçkilərdə 2 milyondan çox seçici iştirak edib. Bu göstərici 1969-cu ildən bəri ən yüksək seçici fəallığı kimi qeyd olunub.
Florida ştatının Mayami şəhərində keçirilən "Amerika İş Forumu"nda çıxış edən Tramp, seçki nəticələrindən Respublikaçılar Partiyasının razı qalmadığını bildirib.
Tramp, Mamdaninin qalibiyyəti ilə bağlı belə deyib: "5 noyabr 2024-cü ildə hökuməti geri aldıq və suverenliyimizi bərpa etdik. Dünən isə Nyu-Yorkda bunun bir hissəsini itirdik."
O, seçkilərin "saxtakarlıqla keçirildiyini" iddia edib və əlavə edib: "Nyu-Yorkda baş verənləri izləyin, çox pis şeylər görə bilərsiniz."
Tramp demokratların "komunist ideyalar yaydığını" iddia edərək bildirib ki, Nyu-Yorkda bir çox insanın yaxın vaxtlarda şəhəri tərk edəcəyini düşünür. Lalə Qüdrətova Son.az
