Bakkıda yol çökdü
Digərləri 06 Kas 2025 00:28:00 82 0
Qısamüddətli yağışdan sonra paytaxtda yol çöküb.
Bu haberi de oku: Sürət həddi endirilmişdi, bərpa edildi
Son.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə bugün səhər saatlarında Səbail rayonu Badamdar şossesi Əziz Nəzərov və Cavidan İbrahimov küçələrinin kəsişməsində baş verib.
Sakinlərin sözlərinə görə, ərazidə baş verən çökmə birinci dəfə deyil. Daha əvvəl də eyni yerdə oxşar hadisə baş verib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. Araşdırmalardan sonra dəqiq səbəb məlum olacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirildi ki, sözügedən hadisə ilə bağlı aidiyyəti quruma məlumat verilib, ərazidə təhlükəsizlik tədbirləri görülüb. problemin aradan qaldırılması istiqamətində iş aparıldıqdan sonra, asfalt örtüyü bərpa ediləcək.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
