"Mərasim olsaydı, etiraf edərdik" Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı


Digərləri 05 Kas 2025 23:53:00 79 0

"Mərasim olsaydı, etiraf edərdik"  Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı

Goranboy rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.

Son.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tərəflərin valideynləri polis orqanına dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb, qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Qızın əmisi isə yayılan məlumatı təkzib edib:

"Biz dünən uşağın ad gününü qeyd etmişik. Burada nişan mərasimi olmayıb. Yayılan məlumat yalandır. Əgər nişan olsaydı, bunu etiraf edərdik". (baku.tv) Son.az