Bakı Kitab Mərkəzində “Zəfər sevinci” adlı musiqiliədəbi gecə keçirilib
Digərləri 05 Kas 2025 23:00:00 73 0
Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunmuş "Zəfər sevinci" adlı ədəbi-musiqili gecə təşkil olunub.
Bu haberi de oku: "Hərə bir sinəsi açıq qızı çıxarıb guya reklam edir" Sosial şəbəkələrdə qeyrietik tendensiya yayılıb
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirin əvvəlində Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva şəhidlərimizin qəhrəmanlığının hər zaman xalqımızın qürur mənbəyi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın düşmən işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında Vətən müharibəsində qazandığımız Qələbənin xalqımız üçün mənəvi əhəmiyyətindən, şəhidlərin igidliyinin və qəhrəmanlığının gələcək nəsillər üçün örnək rolundan danışıb.
