Yaşlı qadının Ərdoğanla dialoqu diqqət çəkdi
Digərləri 04 Kas 2025 13:51:00 84 0
Türkiyədə yaşlı bir qadının Prezident Rəcəb Tayyib Ərdoğana etdiyi səmimi dua sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Bu haberi de oku: "WhatsApp"da yeni təhlükə Nömrə olmadan zəng etmək mümkün olacaq
Son.az xəbər verir ki, yayılan videoda qadın avtomobildə olan dövlət başçısı ilə qısa söhbət zamanı duyğulanaraq belə deyir:
"Ən böyük arzum sizi görmək və sizinlə danışmaq idi. Sizin rəhbərliyinizdən çox razıyıq. Allah sizə can sağlığı versin, həmişə başımızın tacı olun".
Səmimi görüntülər qısa müddətdə minlərlə baxış toplayaraq sosial mediada sürətlə yayılıb. İzləyicilər paylaşımı "Xalqın sevgisi Ərdoğanın ən böyük qüvvəsidir" kimi şərhlərlə dəyərləndiriblər.
Hüseyn Son.az
