Yumurta ilə bağlı bilmədiyiniz 5 FAKT
Digərləri 05 Kas 2025 03:03:00 79 0
Yumurta çox vaxt sadə qida kimi qəbul edilsə də, əslində ən dəyərli və çoxfunksiyalı qidalar arasındadır. O, təkcə yüksək keyfiyyətli protein mənbəyi deyil, həm də beyin və görmə sağlamlığı üçün vacib rol oynayır.
Bu haberi de oku: “Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
Son.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislər yumurtanın gündəlik menyuda yer almasının 5 əsas səbəbini açıqlayıblar.
1. Yumurtanın sarısı daha faydalıdır
Yumurtanın əsas qida dəyəri məhz sarısında cəmlənib. Sarı hissə D vitamini, maqnezium, kalsium, fol turşusu, selenium, kalium və sağlam yağlarla zəngindir. Bundan əlavə, A, B12, B2 vitaminləri, dəmir və sinkin də mühüm mənbəyidir.
2. Yumurtadakı xolesterindən qorxmağa dəyməz
Bir yumurtada təxminən 200 milliqram xolesterin var, bu da orqanizmdəki ümumi xolesterinin yalnız 20 faizini təşkil edir. Araşdırmalar göstərir ki, sağlam insanlarda yumurta "pis" xolesterini artırmır, əksinə, "yaxşı" xolesterinin səviyyəsini yüksəldir.
3. Mağaza və kənd yumurtası arasında böyük fərq yoxdur
Tədqiqatlar sübut edir ki, aminturşular, yağ turşuları və vitaminlərin miqdarı baxımından mağazada satılan yumurtalarla kənd yumurtaları arasında ciddi fərq yoxdur. Yalnız bəzi hallarda, qidalanması zəif olan şəxslər üçün fərqlər müəyyən dərəcədə əhəmiyyətli ola bilər.
4. Beyin üçün əvəzolunmaz qidadır
Yumurta sarısında olan xolin maddəsi beynin fəaliyyəti, yaddaş və diqqət üçün həyati əhəmiyyət daşıyır. Xolin çatışmazlığı sinir sistemi və qaraciyərlə bağlı problemlərə yol aça bilər. Bir yumurta insanın gündəlik xolin ehtiyacının təxminən üçdə birini təmin edir.
5. Göz sağlamlığını qoruyur
Yumurtanın sarısı A vitamini, lutein və zeaksantin kimi antioksidantlarla zəngindir. Bu maddələr ultrabənövşəyi şüələrin zərərli təsirindən qoruyur, görmə zəifliyinin və kataraktanın yaranma riskini azaldır.
Mütəxəssislərin fikrincə, yumurta həm qiymət baxımından əlçatan, həm də orqanizm üçün vacib qida elementləri ilə zəngin olduğuna görə gündəlik rasionda mütləq yer almalıdır. Mağaza yumurtaları da kənd yumurtaları qədər sağlamlıq üçün faydalıdır.
