Dünyanın ən bahalı tərəvəzi Avropada kilosu 1.000 avroya satılır
Digərləri 05 Kas 2025 00:35:00 75 0
Bağınızdan "alçaq ot" deyib çıxarıb atdığınız o bitki, Avropanın lüks restoranlarında bir sərvətə çevrilib. Polşada "baş bəlası", Almaniyada isə "ağ qızıl" adlandırılan bu bitkinin 1 kiloqramına 1.000 avro ödəyənlər var. Bəli, düz eşitdiniz - "yabanı quşqonmaz" kimi tanınan bu bitki, bizdə adi ot sayılır, Avropada isə bir xəzinə kimi qiymətləndirilir.
Bu haberi de oku: "Evə saqallı kişilər gəlirdi,17 illik ailəm bir ayda dağıldı"
Son.az xəbər verir ki, burada çox da diqqət edilməyən bu yabanı şərbətçiotu (wild hop shoots) Avropanın elit mətbəxlərində nadir delikates sayılır. Onun təzə cücərtiləri kilosu 1.000 avroya qədər qiymətə alıcı tapır.
Almaniya, Fransa və Niderland kimi ölkələrdə qurmanlar bu bitkini "nadir ləzzət" kimi qəbul edir və yüksək məbləğ ödəməkdən çəkinmirlər. Onu bu qədər dəyərli edən əsas xüsusiyyət isə ağ cücərtiləridir.
Martdan may ayına qədər yığılan bu cücərtilər tamamilə torpaq altında böyüyür, buna görə tapmaq çətindir. Güclü və özünəməxsus ətri ilə tanınan ağ tumrcuqlar nadir olduqları üçün çox yüksək qiymətə satılır.
Bitkinin torpaq üstündə çıxan yaşıl cücərtilərini tapmaq daha asandır. Onlar ağ olanlar qədər güclü dad verməsə də, xüsusilə bahar aylarında yeməklərdə geniş istifadə olunur. Lakin yalnız gənc və yumşaq cücərtilər yeyilə bilər - bərkidikcə dadlarını tamamilə itirirlər.
Bu cücərtilərin dadı quşqonmaza (asparagus) bənzəyir, yüngül fındıq ətri daşıyır və içində kələm və maş lobya dadı hiss olunur.
