Bu qidalar səni xərçəng edə bilər Mütəxəssislər xəbərdarlıq edir
Digərləri 05 Kas 2025 06:06:00 98 0
Son illər aparılan elmi araşdırmalar sübut edir ki, gündəlik qidalanmada yer alan bəzi məhsullar uzunmüddətli dövrdə xərçəng riskini artırır.
Bu haberi de oku: Saatlı rayonunda sahibkarlarla görüş keçirilib FOTO
Son.az xəbər verir ki, mütəxəssislər düzgün olmayan qidalanma təkcə artıq çəkiyə deyil, həm də onkoloji xəstəliklərin inkişafına səbəb ola biləcəyi barəsində xəbərdarlıq edirlər.
Qidalanma üzrə mütəxəssislərin sözlərinə görə, xüsusilə emal olunmuş ət məhsulları sosiska, kolbasa, hisə verilmiş ətlər və konservləşdirilmiş qidalar bədəndə kanserogen maddələrin yığılmasına gətirib çıxarır. Bu məhsulların tərkibindəki nitrit və nitratlar yüksək temperaturda qızdırıldıqda zərərli birləşmələr əmələ gətirir.
Həmçinin, şəkərli içkilər, qazlı sular və çox yağda qızardılmış qidalar da xərçəng riskini artıran əsas amillər sırasındadır. Qidada olan yüksək şəkər və trans-yağlar orqanizmdə iltihabi prosesləri gücləndirir, bu isə hüceyrələrin mutasiyasına şərait yaradır.
Mütəxəssislər bildirirlər ki, qril və ya kömürdə bişirilən ətlər də təhlükə mənbəyidir. Belə bişirmə zamanı yaranan "heterosiklik aminlər" və "polisiklik aromatik karbohidrogenlər" xərçəng əmələ gətirən kimyəvi maddələr sayılır.
