"WhatsApp"da yeni təhlükə Nömrə olmadan zəng etmək mümkün olacaq


Digərləri 04 Kas 2025 14:19:00 103 0

"WhatsApp"da yeni təhlükə  Nömrə olmadan zəng etmək mümkün olacaq

"WhatsApp"ın çoxdan gözlənilən "istifadəçi adı" funksiyası ilə bağlı yeni detallar üzə çıxıb.

Son.az xəbər verir ki, bu yenilik sayəsində artıq telefon nömrəsinə ehtiyac olmadan, sadəcə istifadəçi adını yazaraq səsli və ya video zəng etmək mümkün olacaq.

"WABetaInfo"nun məlumatına görə, iOS üçün tətbiqin son beta versiyasında bu xüsusiyyət sınaq mərhələsindədir. Beləliklə, istifadəçilər "Zənglər" bölməsindəki axtarış çubuğuna istənilən istifadəçi adını daxil etməklə həmin şəxsi tapa və birbaşa zəng edə biləcəklər.

Təhlükə nədən ibarətdir?

Əgər parametrlərdə bu funksiyanı deaktiv etməsəniz, adınızı bilən istənilən şəxs sizə zəng edə bilər. Bu, xüsusilə məxfilik baxımından risk yaradır. Mütəxəssislər "WhatsApp" istifadəçilərinə məxfilik parametrlərini diqqətlə tənzimləməyi tövsiyə edir.

Yeni sistemdə istifadəçi adlarını əlavə parol ilə qorumaq da mümkün olacaq. Yəni sizinlə əlaqə qurmaq istəyən şəxs, bu parolu bilmədən sizə zəng edə bilməyəcək. Bu isə daha çox gizlilik istəyənlər üçün əlavə təhlükəsizlik təbəqəsi yaradır.