Rusiyada hava limanları yenidən bağlandı
Digərləri 30 Eki 2025 10:08:00 76 0
Rusiyanın beş hava limanı uçuşları məhdudlaşdırıb. Volqoqrad, Saratov, Gelendjik, Penza və Moskvanın Jukovski hava limanları təyyarələri qəbul etmir.
Bu haberi de oku: Ramiz Mehdiyevin 50 nəfərlik siyahısındakı adlar üzə çıxdı
Son.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) sözçüsü Artem Korenyako bildirib.
"Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir", - deyə rəsmi xatırladıb.
Moskvanın Domodedovo hava limanı da müvəqqəti olaraq bağlanıb, lakin 15 dəqiqə sonra məhdudiyyətlərin aradan qaldırıldığı barədə mesaj gəlib.
Qeyd edək ki, 27 oktyabr gecəsi Moskvanın Domodedovo və Jukovski hava limanları dron hücumları səbəbindən təyyarələrin yola düşməsini və gəlişini məhdudlaşdıran "Xalça" planını tətbiq edib. Saat 4:00-a qədər məhdudiyyətlər aradan qaldırılıb.
