Bu avtobusların intervalı sərnişinləri cana yığdı


Digərləri 29 Eki 2025 19:30:00 108 0

Bu avtobusların intervalı sərnişinləri cana yığdı

Bakıda M8 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar arasında intervalın çoxluğu sərnişinlərin narazılığına səbəb olub.

Son.az xəbər verir ki, bu barədə vətəndaşlar şikayət edir. 

Onların sözlərinə görə, M8 marşrut xətti üzrə işləyən avtobuslar arasında interval 20-25 dəqiqəyə çatır.

"Günün pik saatlarında yollarda qalırıq. Avtobus Maştağadan gəlir. Adam o qədər çox olur ki, hətta səhər saat 6-da da avtobusa minmək mümkün olmur. Çox əziyyət çəkirik, heç olmasa intervalı 10-15 dəqiqəyə endirsinlər", - deyə müraciətdə bildirilib.