ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir FOTO


Digərləri 29 Eki 2025 20:15:00 88 0

ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir  FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi ilk həmkarlar ittifaqı təşkilatları ilə  silsilə görüşlərə başlayıb.

Son.az xəbər verir ki,  görüşlər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının ilk həmkarlar ittifaqları təşkilatlarının sədrləri ilə keçirilib.

Tədbirlərdə AHİK-in məsul əməkdaşları, ETİHİ Respublika Komitəsinin rəhbər şəxsləri və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Görüşlərdə  Araz Paşayev  üzv təşkilatlarla birbaşa dialoqun və əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Həmçinin həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi sosial layihələr, üzv təşkilatların fəaliyyətinin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi və maarifləndirmə istiqamətləri müzakirə olunub.