Sümük xərçənginin də çarəsi tapıldı


Digərləri 29 Eki 2025 18:48:00 99 0

Sümük xərçənginin də çarəsi tapıldı

Ağrıkəsicilərin xərçənglə mübarizədə yeni potensialı aşkarlanıb.

Son.az bildirir ki, ABŞ-nin Con Hopkins Tibb Məktəbinin alimləri bəzi ağrıkəsici dərmanların təkcə ağrını azaltmadığını, həm də xərçəng hüceyrələrinin böyüməsini ləngidə bildiyini müəyyən ediblər.

PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunan araşdırmaya görə, bupivakain və rimegepant adlı iki dərman sümüklərin ən aqressiv xərçəng növlərindən biri olan osteosarkomanın inkişafını zəiflədə bilər.

Təcrübələr göstərib ki, bu dərmanlar sinir hüceyrələri ilə şiş arasında siqnal ötürülməsini bloklayır və NGF və TrkA adlı zülalların fəaliyyətini pozur. Həmin zülallar normalda şişdə qan damarlarının və sinir uclarının böyüməsini stimullaşdırır. Siqnalların qarşısı alındıqda, həm ağrı azalır, həm də xərçəng hüceyrələrinin yayılması zəifləyir.


Habere ait fotoğraf