Taksilərin rəngi dəyişir Sürücülər narazıdır
Digərləri 29 Eki 2025 11:20:00 83 0
Sərnişin daşımalarında istifadə edilən avtomobillərin rəngi ağ və qırmızı olmalıdır.
Bu haberi de oku: Hər kəsin yükünü daşıyan 3 bürc empatiyanın canlı nümunələri
Son.az xəbər verir ki, bu isə ictimaiyyət tərəfindən bir mənalı qarşılanmır.
Sərnişinlər bildirirlər ki, taksilər bir rəng olsa daha yaxşıdır.
Sürücülər isə bunun tam əksini düşünürlər:
"İndiyə qədər fərqli rənglər də taksilər var. Sərnişinlər üçün əsas daxili rahatlıqdır, avtomobilin rəngi yox".
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, rəsmi qaydada müəyyən olunsa belə, bütün taksilərin eyni rəngdə olması real deyil:
"Bu addım sahibkarlara ciddi zərər vura bilər. Bu halda taksi avtomobillərinin üzərinə taksi fənəri yerləşdirə bilərlər".
Mövzu ilə bağlı AYNA-dan bildirildi ki, qərarın əsas məqsədi şəhər mühitində vahid vizual yaratmaq və nəqliyyat sisteminin estetik cəhətdən tənzimlənməsidir:
"Beynəlxalq təcrübədə avtomobilin taksi olduğunu bildirən vahid rəng anlayışı yoxdur. Lakin müxtəlif şəhərlərdə ictimai nəqliyyatı fərqləndirəcək rənglərdən istifadə olunur. Uzun illərdir ki, Bakının ictimai nəqliyyatına xas olan qırmızı rəngdən geniş istifadə edilir. Bu da şəhərdə ahəng yaradır. Bu tendensiyanı davam etdirmək üçün qırmızı rəngə üstünlük verilib".
Aysel Əkbər Son.az
