50 yaşı keçən kişiləri nələr təhdid edir?


Digərləri 25 Eki 2025 15:00:00 84 0

50 yaşı keçən kişiləri nələr təhdid edir?

Yaş artdıqca kişilərin orqanizmində fizioloji dəyişikliklər baş verir və bir sıra xəstəliklərin yaranma riski yüksəlir.

Son.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, 50 yaşdan sonra sağlam həyat tərzi və müntəzəm tibbi müayinə vacibdir.

Ürək və damar xəstəlikləri Yaşla birlikdə damarların elastikliyi azalır, bu da xolesterin və qan təzyiqi yüksək olan şəxslərdə infarkt və insult riskini artırır.

Prostat problemləri 50 yaşdan sonra kişilərdə prostat vəzinin böyüməsi və prostat xərçəngi riski artır. Buna görə də mütəmadi PSA testi və uroloji müayinələr tövsiyə olunur.

Diabet və maddələr mübadiləsi pozğunluqları Oturaq həyat tərzi, artıq çəki və qeyri-sağlam qidalanma nəticəsində 2-ci tip diabet riski yüksəlir.

Sümüklərin və əzələlərin zəifləməsi "Sümüklərin qadın problemi" kimi qəbul edilən osteoporoz kişilərdə də rast gəlinir. Yaş artdıqca sümüklərin sıxlığı və əzələ kütləsi azalır.

Xərçəng riski Mədə-bağırsaq, kolon və dəri xərçənglərinin yaranma ehtimalı yaşla artır. Bu səbəbdən kolonoskopiya və profilaktik müayinələr vacib sayılır.

Tənəffüs sistemi xəstəlikləri Uzun illər siqaret çəkmək ağciyərləri zədələyərək xroniki tənəffüs problemlərinə səbəb ola bilər.

Görmə, eşitmə və yuxu pozğunluqları Bu sahələr çox vaxt diqqətdən kənarda qalır, lakin həyat keyfiyyətinə ciddi təsir göstərir.

Psixoloji sağlamlıq Yaşla əlaqədar fiziki dəyişikliklər, sosial təcrid və stres kişilərdə depressiya və narahatlıq yarada bilər.