Ölkədə yayılan qripəbənzər virus nədir?


Digərləri 22 Eki 2025 16:50:00 79 0

Ölkədə yayılan qripəbənzər virus nədir?

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma halları artıb.

Son.az xəbər verir ki, yüksək hərarət, boğaz ağrısı, burun axması və öskürəklə müşayiət olunan xəstəliyə daha çox uşaqlar arasında rast gəlinir.

Belə ki, virus günlərlə davam edir, sürətlə yayılır və böyüklərə də keçir. Xüsusilə də məktəblər, uşaq bağçaları kimi ictimai yerlərdə yayılan qripəbənzər virus insanların təşvişinə səbəb olub. Hətta yayılan virusun COVID ştamı olması ehtimalları da var.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərovanın qafqazinfo.az-a sözlərinə görə, yayılan xəstəlik mövsümi xarakter daşıyır: "Son dövrlər xüsusən uşaqlar arasında infeksion xəstəliklər yayılıb. Bu, mövsümi xəstəlikdir. COVID ştamı da ola bilər, onu təsdiqləmək üçün virusoloji müayinə metodları aparılmalıdır. Bunun yoxlanmamış, təsdiqlənməmiş COVID olduğunu deyə bilmərik. Həmçinin rotavirus, adenovirus və digər viruslar da ola bilər.

Uşaqlar arasında daha çox yayılıb. Uşaqlar adətən yoluxduran olur".