İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu Yaralananlar var


Digərləri 22 Eki 2025 16:26:00 88 0

İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu  Yaralananlar var

İzmirin Bayraklı rayonunun Doğançay məhəlləsində yerləşən fərdi evdə baş verən güclü partlayış nəticəsində ikimərtəbəli bina tamamilə çöküb.

Son.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib. Hadisə yerinə yanğınsöndürən, xilasetmə və polis qrupları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə İzmir Şəhər Xəstəxanasına çatdırılıblar.

Partlayışın gücü o qədər böyük olub ki, evin damı dağılıb və yaxınlıqdakı iki mərmər emalı müəssisəsinə də ciddi zərər dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.