Qayınlardan qorxan kürəkən polis obrazına girdi Həbs olundu


Digərləri 11 Eki 2025 15:50:00 97 0

Qayınlardan qorxan kürəkən polis obrazına girdi  Həbs olundu

Türkiyənin Adana şəhərində İbrahim Çelik adlı şəxs əhali arasında özünü polis kimi təqdim edib. 

Son.az xəbər verir ki, o, məhəllədə gördüyü 13 və 15 yaşlı iki yeniyetməni saxlayaraq üst-başlarını axtarıb, daha sonra avtomobilə minib onlardan birinə kuru-sıkı tapança ilə atəş açıb.

Araşdırma zamanı məlum olub ki, həmin uşaqlar Çelikin boşanmaq üzrə olduğu həyat yoldaşının qardaşlarıdır. Şübhəli ifadəsində "Qayınlarım silahla gəzirdi, məni vurmalarından qorxdum, ona görə özümü polis kimi göstərdim" deyib.