Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq
Digərləri 11 Eki 2025 18:25:00 82 0
Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Bu haberi de oku: Bu ərazilərdə işıq olmayacaq XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Kaynak: milli.az