Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu
Digərləri 11 Eki 2025 19:15:00 90 0
Sumqayıtda yaşayış binasında yanğın baş verib.
Bu haberi de oku: “Aytacı asandan sonra 3 aylıq uşağımızın ağladığını eşitdim...”
Son.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Binadan sakinlərin təxliyəsi təmin edilir.
Yanğının səbəbləri araşdırılır.
Kaynak: milli.az