Baş Qərargah rəisi Türkiyədə keçirilən təlimdə


Digərləri 11 Eki 2025 19:33:00 73 0

Baş Qərargah rəisi Türkiyədə keçirilən təlimdə

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə "Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi paylaşıb edib.

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.