Xərçəngdən müalicə olunur


Digərləri 12 Eki 2025 00:25:00 83 0

Xərçəngdən müalicə olunur

ABŞ-nin keçmiş Prezidenti Co Baydenə may ayında prostat xərçəngi diaqnozu qoyulub və o, hazırda radioterapiya və hormon müalicəsi kursu keçir.

Son.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sabiq Prezidentin sözçüsü məlumat yayıb.

"Prezident Bayden prostat xərçəngi üçün müəyyən olunan müalicə planı çərçivəsində radioterapiya və hormon terapiyası alır", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, C. Bayden may ayında xəstəliyi barədə ictimaiyyətə açıqlama vermişdi. 83 yaşına daxil olmağa hazırlaşan eks-prezident sentyabr ayında dəri xərçənginə görə "Mohs" üsulu ilə əməliyyat olunmuşdu. Son.az