Fuad Nağıyev: "“Slou Fud” Azərbaycanın turizm strategiyasına güclü dəstəkdir"
Digərləri 11 Eki 2025 13:16:00 83 0
"Bu gün Şəki şəhərində "Slou Fud" beynəlxalq təşkilatının nümayəndələrinin, eləcə də Avstriya, Qırğızıstan və Türkiyədən olan mütəxəssislərin iştirakı ilə keçirilən tədbir Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir".
Bu haberi de oku: Keçmiş MTNin məşhur generalı azadlığa buraxıldı
Son.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Fuad Nağıyev tədbirdə çıxış edərək ölkəmizin bu beynəlxalq təşəbbüsdə iştirakını yüksək qiymətləndirib və xarici qonaqları tarixi Şəki şəhərində salamlamaqdan məmnunluq duyduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycanda beynəlxalq "Slou Fud" təşkilatı ilə birgə həyata keçirilən "Slou Fud Azərbaycan" layihəsi turizm və kənd təsərrüfatı sahələrini birləşdirərək aqroturizmin inkişafına mühüm töhfə verir. Layihə çərçivəsində regionlarda yerli məhsullar və dadlar ön plana çıxarılır, bu da Azərbaycanın "Slou Fud" fəlsəfəsinə uyğun bir destinasiyaya çevrildiyini sübut edir.
Sədr vurğulayıb ki, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və müxtəlif istiqamətlər üzrə, o cümlədən turizm sahəsində beynəlxalq arenada tanınır.
Hazırda 160-dan çox ölkədə fəaliyyət göstərən "Slou Fud" hərəkatının əsas məqsədi dadlı, təmiz və ədalətli qidaya çıxışın təmin edilməsi, Azərbaycanın da bu sahədəki məqsədləri ilə üst-üstə düşür. "Slou Fud"un ən nüfuzlu təşəbbüslərindən biri olan "Terra Madre" beynəlxalq tədbiri davamlı kənd təsərrüfatı, qida təhlükəsizliyi və mədəni irsin qorunması kimi mühüm mövzuları əhatə edir və Azərbaycan bu platformada fəal iştirak edir.
Bu gün keçirilən tədbirdə 50-dən çox fermer və istehsalçı yerli məhsullarını nümayiş etdirərək Azərbaycanın biomüxtəlifliyini və zəngin qastronomiyasını təqdim edib. Layihə həmçinin yerli mədəniyyətin, milli irsin və adət-ənənələrin qorunması baxımından da əhəmiyyətlidir.
Sonda Agentlik sədri layihənin fəlsəfəsinə "Daha yaxşı, daha təmiz və ədalətli qida" prinsipinə sadiqliyin vacibliyini vurğulayıb və layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib.