Sumqayıtda bu binalar təhlükəlidir VİDEO


Digərləri 11 Eki 2025 12:50:00 80 0

Sumqayıtda bu binalar təhlükəlidir  VİDEO

Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşa bilər.

Son.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Görüntülərin Sumqayıtda yeni tikilən binalardan birində qeydə alındığı iddia olunur.

Görüntülərə əsasən, mənzilin divarına toxunulduqda, divar irəli və geriyə doğru hərəkət edir.

Mövzu ilə bağlı danışan inşaat eksperti Muxtar Ərturan deyir ki, görüntüdəki mənzilin arakəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialın keyfiyyətsiz olmasıdır.

Ekspert bildirib ki, yeni tikilən binalarda tikintiyə ciddi nəzarət olsa da, mənzillərin təmiri prosesinə hansısa qurum tərəfindən nəzarət olunmur. Bu səbəbdən də bəzi tikinti şirkətləri xərcləri azaltmaq səbəbi ilə qustar üsulla hazırlanmış kərpiclərdən istifadə edirlər. Lakin sözügedən materialın bazarda yüksək keyfiyyətli əvəzediciləri mövcuddur.

Asya Son.az