Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır Açıqlama


Digərləri 11 Eki 2025 10:25:00 93 0

Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır  Açıqlama

Avtomobil oturacağının isidilməsi kişi sonsuzluğuna səbəb ola bilər.

Son.az xəbər verir ki, avtomobil oturacağının isidilməsindən tez-tez istifadə etmək kişi reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər.

Rusiyalı androloq Yelena Novikovanın sözlərinə görə spermanın keyfiyyəti bir çox amillərdən, o cümlədən temperatur rejimindən də asılıdır. "Cinsiyyət orqanları üçün optimal istilik səviyyəsinin pozulması sperma hüceyrələrinin aktivliyini azaldır və onların quruluşunda dəyişikliklər yaradır. Oturacaq isidiciləri uzun müddət aktiv olduqda, yerli temperatur normadan artıq qalxır və bu, spermatozoidlərin həyat qabiliyyətini azaldır," - deyə mütəxəssis bildirib.

Novikova əlavə edib ki, noutbuku diz üstündə saxlamaq, sıx və sintetik alt paltar geyinmək, eləcə də saunada uzun müddət qalmaq da eyni nəticəyə gətirib çıxara bilər.