Yeməyi bu formada bişirəndə kanserogen maddə yaranır Diqqət!
Digərləri 11 Eki 2025 07:07:00 83 0
Mütəxəssis qeyd edib ki, nadir hallarda belə qida qəbul etmək ciddi təhlükə yaratmasa da, davamlı şəkildə belə yemək yemək tövsiyə olunmur
Bu haberi de oku: Bu ərazilərdə işıq olmayacaq XƏBƏRDARLIQ
Sobanın içində yaranan qurumuş yağ qatı və his yalnız estetik problem deyil, həm də sağlamlıq üçün risk yaradır.
Son.az xəbər verir ki, bunu açıqlamasında Rusiya Texnoloji Universitetinin (RTU MIREA) biotexnologiya və sənaye farmasiyası kafedrasının dosenti, farmasevtika elmləri namizədi Mariya Zolotaryova bildirib.
Onun sözlərinə görə sobanın divarlarında yaranan naqar və his bişirmə zamanı sıçrayan yağ və ətin şirəsindən əmələ gəlir. Bu maddələr yüksək temperaturda parçalanaraq mürəkkəb kimyəvi reaksiyalara girir və nəticədə çətin təmizlənən qat əmələ gətirir.
"Bu qat qalınlaşdıqca sobanın istiliyi bərabər paylanmır, yemək tam bişməyə bilər və bu da mikroorqanizmlərin qalmasına, nəticədə qida zəhərlənməsinə səbəb ola bilər", - deyə ekspert izah edib.
Zolotaryova əlavə edib ki, naqar mikroblar üçün əlverişli mühit yaradır. Bişirmə zamanı istilik onların çoxunu məhv etsə də, sobadan çıxarılan yeməklə təmas zamanı yenidən qidaya keçə bilərlər.